ABADçı: Emin Bayramov | Region: Quba | Təbii bal
Arıçı Emin Bayramov Quba rayonu sakinidir. Quba Arıçılar Birliyinin
sədridir. 2018-ci ildən isə “ABAD”çıdır:
“Bizim arıçılıq təsərrüfatının kökləri 1937-ci ilə gedir və
nəsildən-nəsilə ötürülməklə artıq 2015-ci il tarixindən "Pətək" əmtəə
nişanı adı altında məhsul satışını aparır. Təsərrüfatımız 330 arı ailəsindən
ibarətdir. Təsərrüfatda bal, güləm, çiçək tozu, propolis, arı südü və sair
arıçılıq məhsulları istehsal edilir.”
Həmçinin
E.Bayramovun təsərrüfatında arı ailələri və bütün arıçılıq avadanlıqlarının
topdan və pərakəndə satışı da təşkil edilir.
“2018-ci
ildən “ABAD”çıyam. “ABAD”ın dəstəyi ilə biz müxtəlif market şəbəkələrində və “ABAD”
butiklərində məhsullarımızı satışa çıxarırıq. Hazırda bizim zəngin çeşiddə məhsullarımız
market stendlərində satışdadır. Bunlar
o
Meşə balı;
o
Dağ balı;
o
Cökə balı;
o
Akasiya balı;
o
May balı;
o
Şanlı bal ;
o
Laçın balı;
o
Qozlu bal;
o
Fındıqlı bal;
o
Badamlı bal və s.”
Bu illər ərzində Emin Bayramovun məhsulları özünə böyük
alıcı kütləsi toplayıb. Məhsulların təbii olması insanların sağlamlığına xidmət
etdiyi kimi nəfis dada da malikdir. Bu da “Pətək” ballarının əhali tərəfindən
çox bəyənilməsinə səbəb olub.”