ABADçı: Səmədağa Həmidov | Region: Masallı | Təbii bal
O, bu arı ailələrindən il ərzində ümumilikdə 1 ton bal əldə edir. “ABAD”çımız qeyd edir:
“Övladlarıma bu sənəti daim öyrətməyə çalışıram, onlar öz peşə və ixtisasları ilə yanaşı arıçılığı da yaşatmalıdırlar. Arıçılıq bizim nəsildən-nəslə ötürülən ənənəvi fəaliyyətimizdir.”
Səmədağa Həmidov öz arı ailələrini yaşadığı həyətyanı sahəsində və Masallı rayonunun Məmmədxanlı kəndində saxlayır.
O, tədarük etdiyi balın keyfiyyətinə görə yaşadığı Masallı və ətraf rayonlarda uğurlu bir arıçı kimi tanınır.
Lakin, balın satışı üçün Bakı şəhərində də yeni imkanlar əldə etmək onun əsas məqsədi olub və arıçı öz ailə biznesinə dəstək üçün “ABAD”a müraciət edib.
“ABAD” Səmədağa Həmidov üçün “Təklə” bal brendi yaradaraq onun dizaynını hazırlayıb.
Bununla yanaşı, bu gün Həmidovlar ailəsinin “Təklə” adlı bal məhsullarının satışı da “ABAD” tərəfindən həyata keçirilir.