× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Yusif Quliyev | Region: Sumqayıt | Təbii bal
Yusif Quliyev Yusif Quliyev
Arıçılıqla məşğul olan ailədə doğulan ABADçı Yusif Quliyev əslən Qubadlı rayonu Qazyan kəndindəndir. Lakin Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından sonra Y.Quliyevin ailəsi Sumqayıt şəhərində məskunlaşıb və köçəri arıçılıqla məşğul olur:

“Ailəmiz altı nəfərdən ibarətdir və ailə üzvlərimin hamısı arıçılıq təsərrüfatlarının idarə olunmasından məhsulun emalı və bazara çıxarılmasınadək olan bütün prosesdə biri-birinə köməkdirlər. Arıçılıq məhsulların hər birinin arı ailələri, ana arı, bal, çiçək tozu, güləm, propolis, arı südü, hemogenat, mum kimi məhsulların istehsalçısıyıq”.

Ailə başçısının dediyinə görə əvvəllər arıçılıqla həvəskar səviyyəsində, yardımçı ailə təsərrüfatı şəklində məşğul olurdular. Lakin sonradan bunu bir ailə biznesinə çevirmək fikrinə gələrək  təsərrüfatı genişləndirməli oldular:
“Məhsullarımızı pərakəndə şəkildə yalnız dost-tanışa və yaxın əhatəmizə sata bilirdik. Bununla böyük miqyasda satış edə bilməməyimiz istehsalımızda məhdudiyyət yaradırdı. O ərəfədə mətbuatda “ABAD” haqqında məlumata rast gəldim və “ABAD”ın istehsal edilən məhsulu brendinq, marketinq sahəsində verdiyi töhfəni dəyərləndirdim. “ABAD”a qoşulduqdan sonra satışa çıxardığımız məhsulların çeşidi və miqyası xeyli artdı”

Y.Quliyevin dediyinə görə, hazırda onlar arı ailələrinin sayını artırmaqla məşğuldur. Məhsulların emal avadanlıqlarının çeşidini və məhsulun kəmiyyət və keyfiyyətinə müsbət təsir edəcək bütün tədbirləri həyata keçirir, qabaqcıl beynəlxalq təcrübəni öyrənərək təsərrüfatlarında tətbiq edirlər. 

“Bütün bu işlərdə “ABAD” dəstəyini hər zaman hiss edirik. “ABAD”a təşəkkürlər!”
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar