ABADçı: Tarzan Nəzirov | Region: Astara | Təbii bal
Hazırda Tarzanın “cənub növü” adı ilə tanınan 32 arı ailəsi var.
O, bu arı ailələrini əsasən öz kəndində, həyətyanı sahəsində saxlayır.
Lakin tədarük etdiyi bal çeşidlərinin sayını artırmaq üçün o, mövsüm ərzində öz arı ailələrini Hirkan qoruğu, Biləsuvar və Masallı rayonlarının ərazisində də yerləşdirir.
Onun tədarük etdiyi balın böyük hissəsi özünəməxsus tamı və ətri ilə seçilən sitrus balıdır.
Tarzan il ərzində 500 kiloqramdan artıq yüksək keyfiyytətli bal əldə edir.
Lakin onun ən böyük çətinliyi bu məhsulun satışını təmin etməkdir.
Səbəbini soruşduqda isə qeyd edir:
“Bir çox hallarda alıcılarda balın keyfiyyəti ilə bağlı şübhələr olurdu. Bu isə satışların həyata keçirilməsində müəyyən çətinliklərə gətirirdi. Lakin indi “ABAD”ın dəstəyi sayəsində, “Şanlı” adı altında satışa çıxarılacaq balımızın bazarda öz layiqli yerini tutacağına əminik. Bizim məhsullarımız yüksək keyfiyyəti ilə fərqlənir və 100% təbii baldır”.
Tarzanın digər çətinliklərindən biri də məhsullarının qablaşdırılması ilə bağlı olub.
Ailə məhsulu bazara çıxarmaq üçün ən çox tələbatın olduğu qab formaları, çəkiləri ilə əlaqədar dəstəyə ehtiyac duyub.
Bu sahədə də zəruri dəstək alan Nəzirovlar ailə təsərrüfatının “Şanlı” balının satışı “ABAD” tərəfindən təşkil olunub.
Artıq onun tədarük etdiyi “Şanlı bal” tam təbii şəkildə qablaşdırılaraq “ABAD” sənətkarlıq mərkəzində alıcılara təqdim olunur.