× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Sabir Bayramov | Region: Lənkəran | Oyma
Sabir Bayramov
Azərbaycanda dekorativ-tətbiqi xalq sənətkarlığının mühüm istiqamətlərindən biri də taxta üzərində oymaçılıqdır. Lənkəranın Ləj kəndinin sakini Sabir Bayramov artıq 20 ildən çoxdur ki, bu sənətkarlıq sahəsi ilə məşğuldur.

Uzun müddət xarici ölkələrdə yaşayan Sabir ustanın sözlərinə görə, o, hələ kiçik yaşlarından taxtadan müxtəlif fiqurlar düzəltməyə meyilli olub.

Əsərlərində əsasən təbiət mənzərələri, xüsusilə də müxtəlif heyvanlar və quşların fiqurlarını yaradan sənətkar xammal qismində meşədən topladığı quru ağaclardan istifadə edir.

Sabir usta deyir ki, o, hələ də bu sənəti öyrənməyə davam edir:

“Taxtanı oyub hər hansı bir fiquru düzəldəndə həm prosesdən zövq alır, həm də yeni bir şey öyrənəcəyimi düşünürəm”.

Hazırladığı əl işləri sərgilərdə nümayiş olunan, diplomlara layiq görülən Sabir ustanın sözlərinə görə, o, əsas sifarişləri xeyli müddət yaşayıb-fəaliyyət göstərdiyi Qazaxıstandan alır.

"O ölkədə taxtadan hazırlanmış əşyalara maraq böyükdür. Lakin mən istəyirəm ki, vətənimizdə də bu sahəyə əvvəlki maraq bərpa olunsun. “ABAD”ın dəstəyi sahəsində oymaçılıq sənətinin yeni bir pilləyə qədəm qoyacağına inanıram”.

Bu gün Sabir ustanın əl işləri “İçərişəhərdə”, “ABAD” sənətkarlıq mərkəzində sərgi-satışa çıxarılıb.

 


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar