× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: İzzət Muxtarov | Region: Bakı | Ağac üzərində oyma
İzzət Muxtarov

Bakı sakini İzzət Muxtarov ixtisasca maliyyəçi-müsahibdir. Atası inşaatçı olduğundan uşaqlığından bacısı ilə onun bütün layihələrinin, çertyojlarının gedişatını izləyər, və bununla da plastilin, gil və taxta oyma işlərinə maraq göstərərək müxtəlif binaların modelləşdirməsi ilə asudə vaxtlarını keçirərdilər.

“Müstəqil vaxtlarımdan hər zaman 2-3 fəaliyyətlə eyni vaxtda məşqul olmuşam. Ali təhsilim üzrə iqtisadçıyam, lakin qrafik dizayn və veb saytların yığılması üzrə də fəaliyyət göstərirəm. Beynimdə hər zaman minlərlə ideyalar doğurur, nailiyyətlərim də elə bu ideyaları reallaşdırmağımdır.”

Taxtadan hazırlanmış 3d xəritə də İ.Muxtarovun reallaşmış ideyalarından biridir:

“2020-ci ildən Azərbaycan öz torpaqlarını azad etdikdən sonra xəritədə də, əlbəttə ki, inzibati bölümdə dəyişikliklər baş verdi. Bunula da yeni daha innovativ xəritələrə tələbat çoxaldı. Mən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək ən düzgün və son xəritənin təsvirini əldə etdim. Daha sonra onun divar üçün bir neçə variantını 3d formatda işlədim. Böyük ölçüdən 2,20*1,80 sm standart ölçülərədək”.

Tələbatları nəzərə alaraq İzzət Muxtarov xəritələri suvenir şəklində hazırlamağa qərar verdi. Satışını reallaşdırmaq üçün bir neçə mərkəzə müraciət edib:

“ABAD” mənə mövcüd qurumlardan ən kreativ olan kimi gəldi. Yalnız sahibkarlığa deyil, mədəniyyətə, innovasiyaya da qiymət verir. Ümidvaram ki, bizim əməkdaşlıq uzun zaman davam edəcək.”

Qeyd edək ki, “ABAD”çı İzzət Muxtarovun əl işlərini “ABAD” butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar