ABADçı: Kamil Alqayev | Region: Balakən | Ağac üzərində oyma
Kamil Alqayev Balakən
rayonu Gərəkli kəndində anadan olub. .Azərbaycan Dövlət Neft Akademiyasının
İstehsalat Proseslərinin
Avtomatlaşdırılılması fakültəsinin Avtomatlaşdırılmış İdarəetmə Sistemləri
ixtisasını bakalavr dərəcəsi ilə bitirdiyinə baxmayaraq könlü hər zaman bədii
oyma sənətinə idi:
“Uşaqlıqdan
rəsm çəkməyə və oyma sənətinə həvəsim var idi, amma buna bir hobbi kimi
baxırdım. 4 il öncə (2017-ci ildə) Balakənə köçdüyümdən sonra məqsədim tam
profesional dülgər sexi qurmaq idi. Sonunda məqsədimə çatdım. Va 5 aydır ki,
emalatxanam işə başlayıb. İlk olaraq ev dekoru üçün məhsulların
hazırlanmasından başladım”.
K.Alqayevin
kiçik arzusuna çatmasında “ABAD”ın da öz rolu var. Çünki o, 2017-ci ildə
“ABAD”, UNDP və Avropa İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi
vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının
inkişafına dəstək” layihəsində iştirakı nəticəsində bir ildən artıqdır ki,
müqavilə bağlayaraq “ABAD”çı olub və ilk satışı da “ABAD” etno-butikləri sayəsində
baş tutub:
”Gələcək
planlarım bu sahədə böyükdür. Və bu planların içində "ABAD"-ın xüsusi
yeri var. Perspektivli iş birliyinə və "ABAD" ın köməyi ilə birgə
daha böyük bazarlara çıxacağıma inanıram”.