ABADçı: Rauf Seyidzadə | Region: Bakı | Ağac üzərində oyma
“ABAD” sıralarında oymaçı-sənətkarlardan daha biri Bakı
sakini Rauf Seyidzadədir. Bədii oyma sənəti ilə ölkəmizi bir çox beynəlxalq sərgilərdə
təbliğ edən R.Seyidzadə ixtisasca radiotexnikdir. Lakin uzun illərdir ki, məhz sənətkarlıq
onun əsas iş fəaliyyətidir:
“26 ildir ki, fasilələrlə oyma sənəti ilə məşğulam. Cavan nəsil
üçün təlimlər də keçirəm. Ən çox tələb olan suvenirlərimdən biri milli musiqi
alətlərimizin təsviridir”.
“ABAD” sıralarına qoşulmağa dəvəti Rauf bəy məhz sərgilərin
birində alıb. Dediyinə görə, “ABAD”la iş birliyi onun fəaliyyətinə çox böyük
rahatlıq gətirib:
“ABAD”dan öncə məhsullarım üçün satış məntəqələrini özüm bir-bir
axtarırdım, heç biri də daimi
əsaslarla deyildi. Lakin “ABAD” var, artıq çox rahatam. Mənə düşündürən yalnız fəaliyyətimi genişləndirib, məhsullarımı beynəlxalq bazara necə çıxarmaqdır. Ona da
birgə nail olarıq”.
Qeyd
edək ki, Rauf Seyidzadənin əl işləri ilə “ABAD” etno-butiklərində tanış ola bilərsiniz.