× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Ceyhun Qarayev | Region: Balakən | Ağac üzərində oyma
Ceyhun Qarayev Ceyhun Qarayev Ceyhun Qarayev Ceyhun Qarayev Ceyhun Qarayev Ceyhun Qarayev Ceyhun Qarayev

Balakən rayonu Tülü kəndinin sakini Ceyhun Qarayev 25 ildir ki, dülgərdir. Və artıq üç ildir ki, “ABAD”çıdır. O, “ABAD”a 2017-ci ildə “ABAD”, UNDP və Avropa İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində seçilmiş 44 ailə ilə birgə qatılıb.

“On beş yaşımdan dülgərliklə məşqulam, taxtadan hər bir şey düzəldə bilirəm, və əlbəttə ki, ağac üzərində bədii oyma sənəti də mənim üçün yad deyil. Əl işlərimi də bu texnika ilə hazırlayıram. Peşəmi çox sevir, bu işdən hər zaman zövq alıram”.

C.Qarayevin dediyinə görə, o, seçilən ailələrlə birgə bilik və bacarıqların artırılması ilə bağlı 13 təlimdə iştirak edib. Təlimlərin nəticəsində o, kiçik və orta biznesin inkişafı, məhsulların sertifikatlaşdırılması və monitorinqi, qablaşdırma və logistika, brendinq və satış, kiçik və orta ölçülü biznes üzrə beynəlxalq ticarət, beynəlxalq kommunikasiya, korrupsiyaya qarşı mübarizə, dürüstlük və gender bərabərliyi məsələlərinə dair biliklərə yiyələndi.

“Gələcək planlarımda işlərimi genişləndirmək və daha böyük bazarlara çıxışı hədəfləmişəm”.

Qeyd edək ki, “ABAD”, UNDP və Aİ-nin birgə “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində 44 “ABAD”çının məhsulları “ABAD” etno-butik və bakaleyalarında satışa çıxarılır. 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar