× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Rüfət Allahverdiyev | Region: Bakı | Ağac üzərində oyma
Rüfət Allahverdiyev

Azərbaycanın qədim sənətləri nəsildən-nəslə ötürülərək bu gün də qorunub saxlanılır. Belə sənətlərdən biri də ağac üzərində oymadır.

Çünki ağac-taxta ta qədimdən insan məişətində ən vacib materiallardan olub. Günü bu gün də evlərdən tutmuş mebelinədək hər şeyin hazırlanmasında taxta istifadə olunur.

Rüfət Allahverdiyev də taxta üzərində bədii oyma ilə məşqul olan sənətkarlar arasındadır. İxtisasca maliyyəçidir, mühasib vəzifəsində çalışır. Lakin taxtaya olan sevgisi lap uşaqlıq illərindən başlayıb:

“Atam şərqşünas olmağına baxmayaraq, əlavə gəlir yeri kimi dülgər emalatxanası işlədirdi. Orada o komandası ilə zamanın tələbinə uyğun maraqlı qapı-pəncərə hazırlayırdı. Mən də uşaqlıqdan onların əl işlərinə baxaraq bu taxtalardan oyuncaq hazırlamaq arzusunda idim”.

Oyma və dülgərlik sənətini dərindən öyrənən R.Allahverdiyev öz arzularına çatdı. Ekoloji təmiz oyuncaqlar yaratmağa başladı.

“Kürdəmir rayonunda Novruz festivalı keçirilərkən ilk dəfə əl işlərim orada sərgiləndi. Belə bir marağa səbəb olacaqlarını heç düşünməmişdim. Elə orada məhsularımı niyə “ABAD”a vermirəm kimi suallarla rastlaşdım. Bundan sonra “ABAD”In fəaliyyətini araşdırdım və müraciət etdim”.

Hazırda Rüfət Allahverdiyev oyuncaqlardan başqa müxtəlif milli ornamentli suvenirlər də hazırlayır. Lakin bu işə yüksək texnoloqiyalar gətirərək yanaşmanı tam dəyişmək niyyətindədir:

“Pilot layihə olaraq taxtadan, lakin bütün elektronika ilə təhciz edilmiş robotların istehsalı ilə məşqulam. Sensorlu ağıllı suvenirlər icad etmişəm. Taxta oyma sənəti tarix boyu innovasiyalar tələb edib. Məsələn, əvvələr bədii naxışlar əl ilə vurulurdusa, hazırda lazer kəsimi bu işi daha da rahatlaşdırıb. Yüksək texnologiyalar da həmçinin. Çox qısa zamanda bizim gündəlik tələbatımızda ən böyük rol oynayacaq. Bizdə buna hazırlaşırıq.”

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar