ABADçı: Lalə Muradova | Region: Bakı | Dekorativ - tətbiqi sənət




“Ailəmiz 5 nəfərdən ibarətdir. Hər birimiz ali təhsilliyik, lakin yaradıcılıqla kiçik qardaşım və mən məşğul oluruq. O da, mənim kimi florist-dizayner olaraq fəaliyyət göstərir. Floristikaya həyatımın 13 illini həsr etmişəm və bu işi sonadək öz sahəm kimi qəbul edirəm. Hazırda yerli özəl günlər təşkilatçılığı ilə məşğul olan şirkətlərin birində məhz bu peşə üzrə çalışıram”.
L. Muradovanın dediyinə görə, təbii və solmayan güllərlə işləmək çox diqqət və zəhmət tələb edir. Buna baxmayaraq, Lalə xanım bir dəqiqə belə olsa da dayanmır, yeni ideyaları üzərində çalışır, təxəyyülünü inkişaf etdirir və bu ideyalarıhəyata keçirməkdə çox israrlıdır.
“Baxmayaraq ki, peşəm üzrə hər zaman ən qabaqcıl şirkətlərdə işləmişəm, işimi daha da mükəmməlləşdirmək üçün şəxsi emalatxanamı da yaratmışam. Burada həmçinin solmayan təbii güllərlə kompoziyalar düzəldərək sosial şəbəkələr vasitəsi ilə satışını həyata keçirdirdim. Amma çox razı qaldığımı deməzdim. Daha sonra anam mənə “ABAD” haqqında bəhs etdi. Nədənsə, içimdə bir səs mənə mütləq müraciət etməyimi dedi. Yanılmadım. Əl qabiliyyətim dəyərləndirildi və mənimlə müqavilə bağlanıldı”.
Qeyd edək ki, Lalə xanım hazırda “ABAD” üçün fərqli üslubda süni güllərdən suvenirlər hazırlayır.