ABADçı: Rəhilə Hüseynova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Bakı
sakini Rəhilə Hüseynova dekorativ-tətbiqi sənət üzrə “ABAD”çıdır. Uşaqlıqdan rəssamlığa
böyük maraq göstərən “ABAD”çımızın ixtisası da elə modelyer-dizaynerdi.
“Nənələrim,
anam, ümumiyyətlə nəslimizin xanımlarının əksəriyyəti tikmə, toxuma sənətini yaxşı
bilir, əl qabiliyyətləri yüksək idi. Elə mən də onların yolunu davam etdim. Oğlum
və gəlinim də rəssamdılar. Fəaliyyətimin ilkin mərhələlərində sifarişlə gündəlik
və ziyafət geyimləri tikir, onların muncuqlarla əl işləmələrini edirdim. Bir
hobbi kimi də balıqqulağından maraqlı suvenirlər hazırlayırdım”.
Azərbaycanda
turizmin inkişafı bazarda yerli suvenirlərə olan tələbatı artıran zaman Rəhilə
xanım da fəaliyyət istiqamətini dəyişməyə və milli suvenirlərlə məşqul olmağa qərar
verir.
“Milli
naxışları çox sevirəm, onlara marağın artması məni milli geyimlər, mili geyimdə
kuklalar, araxçınlar, mütəkkələr, bəzək əşyaları hazırlamağa ilhamlandırdı. İşlərimi
satışa çıxarmaq üçün milli suvenir dükanları axtarışına çıxdım. Əməkdaşlığa
başladım. Sərgilərdə iştirak edirdim. Lakin bu işlər mövsümi idi. Bu da məni
narahat edirdi. “ABAD”la tanış olub sıralarına daxil olduqdan sonra isə hərtərəfli
rahatam. Bu qurumun sayəsində artıq yalnız geyim və aksesuar deyil, keçmiş
hobbim olan suvenirlərə də qayıtdım. Müxtəlif qablar üzərində milli naxışlar əks
etdirərək, həmçinin çox sevdiyim buta və nar kompozisiyalarının rəsmini çəkərək
satışa təhvil verirəm”.