ABADçı: Zərifə Dəmirova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
İsmayıllı rayonunda anadan olmuş, lakin hazırda Bakı sakini olan Zərifə Dəmirova “ABAD”çıdır. Uşaq yaşlarından əl işlərinə maraq göstərməyi xanımın yolunu modelyer-dizaynerlik ixtisasına aparır.
“Evimizin
bəzəyi hər zaman nənəmin anamın toxuma, tikmə əl işləri olub. Mən də bu möhtəşəmlik
və əl əməyiinin müsbət enerjisinin içində böyümüşəm.”
Z.Dəmirova
dekorativ-tətbiqi sənət üzrə fəaliyyət göstərir. 2015-ci ildən, qızının da
dizayner sənəti üzrə təhsil aldığı zamanlardan isə milli ornamentlərlə keramika
qablarını bəzəmək ideyasını həyata keçirməyıə başlayıblar:
“Milli
ornamentlərə üstünlük verirəm. Bu naxışlar ilə müxtəlif şüşə və yaxud
keramikadan olan qab-qacaqları: armudu stəkan, qənddan, boşqab, güldan və s. bəzəməyə
başladıq. Daha çox şəbəkə, buta və nar motivlərini təsvir etməyi sevirəm.”
Zərfə
Dəmirova qızı ilə birgə bu əl işləri ilə bir çox sərgilərdə iştirak edib.
Bundan sonra işlərini milli suvenir dükanlarına satışa çıxarmaq üçün müraciət
edib:
“Satışları
həyata keçirmək üçün məkanlar axtarışı məni “ABAD”a gətirib çıxardı. Məhsullarımın
təqdimatında “ABAD”dan çox böyük dəstək hiss edirəm. Bu da mənə daha çox yeni məhsul
hazırlamağa motivasiya verir.”