× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Lüdviyyə İbrahimova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Lüdviyyə İbrahimova

ABADçı Lüdviyyə İbrahimova ixtisasca mühasibdir və Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsindən məzun olub. Riyaziyyat və İnformasiya Texnologiyaları sahələrinə göstərdiyi maraqla bərabər incəsənət sahəsinə də uşaqlıq illərindən həvəsi olub:

“Anam bacımla məni milli ruhda böyüdərək, tikiş vurmağı, toxumağı öyrətmişdi, daha sonra incəsənətə meyilli olduğumuzu görərək, müxtəlif dərnəklərə yönləndirdi. İllər sonra bacım rəssamlığa, mən isə polimer gilə istiqamətləndim. Artıq 5 ildən çoxdur ki, peşəmdən kənara çıxaraq tamamilə dekorativ-tətbiqi sənətlə məşğul olmağa başlamışam”.

Lüdviyyə xanım bir ABADçı kimi bir neçə çeşiddə məhsullar hazırlayır və ən çox bəyənilənlər arasında biserlə olan əl işləridir. Bunlar arasında sinə gərdanları xüsusilə seçilir.

Qeyd edək ki, Lüdviyyə İbrahimovanın rəngarəng əl işləri ilə “ABAD” etno-butiklərində tanış ola bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar