× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Xəyalə Şıxverdiyeva | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Xəyalə Şıxverdiyeva
Bakı sakini olan ABADçı Xəyalə Şıxverdiyeva ixtisasca ilahiyyatçı-islamşünasdır. Evdar xanım olan ABADçı həyatını övladlarının tərbiyəsinə, ailəsinə həsr edib. Uşaqlar artıq böyüdükdən sonra asudə vaxtının daha da artması Xəyalə xanımı müəyyən hobbiyə yiyələnərək vaxtını daha səmərəli keçirməyə vadar etdi.

“Atamın hobbisi taxtadan sandıqlar düzəltmək idi. Uşaqlığımız onun işlərini seyr etməklə keçdi, beləliklə məndə də incəsənətə qarşı həvəs yarandı. Evdar xanım olduğuma görə də evimi bəzəməyi çox sevirəm. İlk növbədə evdəki yastıqları milli üslubda, bədii tikmə ilə bəzəməyə başladım. Daha sonra onları hədiyyə üçün hazırladım, təsbehlər hazırlamağa başladım və dekorativ-tətbiqi xalq sənətkarlığının bir çox növü ilə maraqlandım”.

Artıq iki ilə yaxındır ki, Xəyalə Şıxverdiyeva ABADçı kimi fəaliyyət göstərir və dediyinə görə sevdiyi hobbisinin ona gəlir qazandırması onu xüsusən sevindirir.

Qeyd edək ki, ABADçı Xəyalə Şıxverdiyevanın əl işlərini “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar