ABADçı: Arzu Xəlilova | Region: Balakən | Xalçaçılıq
Arzu Xəlilova 2017-ci ildə “ABAD”, UNDP və Avropa
İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala
iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində
seçilmiş 44 iştrakçıdan biridir. O, Balakən rayon Mahamalar kəndində anadan
olub. Mingəçevir Turizm kollecinin məzunudur:
“Anam dərzi işləyib və sözsüz ki, tikiş, toxuma bizim ailəyə
yad olmayan sənətlərdi. Özüm Balakən rayon Talalar kənd Sənətkarlıq Evində mədəni-təşkilatçı
vəzifəsində çalışıram. İşimlə əlaqədar bir çox tədbir, festival və dekorativ-tətbiqi
xalq sənətkarlığı yarmarkalarında iştirak edirəm. Sözsüz ki, bu sərgilərdə
gördüklərim şuurumdan yan keçmədi. Orada da seyr etdiyim toxuma işləri məni də
bu sənət ilə daha yaxından tanış etməyə vadar etdi”.
3 il öncə Şəki-Zaqatala bölgəsində yeni layihə haqqında elan
verildikdən həmən sonra A.Xəlilova Balakən “ABAD” regional mərkəzə müraciət
etdi. Layihədə özünə yer ayıra bildi. Xalçaçılıq istiqamətini seçərək instensiv
təlimlərə qoşuldu.:
“Hazırda kiçik ölçüdə xalçalar toxuyuram. Gələcəkdə
xalçaçılıq sənətini daha dərindən öyrənərək, böyük ölçüdə xalçalar toxumaq
arzusundayam”.
Qeyd edək ki, “ABAD”, UNDP və Aİ-nin birgə “Balakən regional
“ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının
inkişafına dəstək” layihəsi çərçivəsində 44 “ABAD”çının məhsulları “ABAD”
etno-butik və bakaleyalarında satışa çıxarılır.