ABADçı: Esmira Rəhimli | Region: Bakı | Xalçaçılıq
Eyni zamanda, Esmira xanım xalçaçılıq sənətinin davam etdirilməsi məqsədilə tarixi çeşni nümunələrimizi hazırlayaraq, milli üslubda yeni xalçaların toxunmasını həyata keçirir.
Esmira xanım xalçaçılıq sənətini inkişaf etdirməklə yanaşı, həm də xalça və digər tarixi mədəniyyət nümunələrimizi interyer dizaynında, müxtəlif kontekslərdə olan freskalarda tətbiq edir.
O, kiçik ölçülü xalça nümunələri ilə bərabər, müxtəlif rəsm əsərləri, taxta materiallardan milli kompozisiyalarda müxtəlif suvenirlər də hazırlayır.
Qeyd edək ki, hazırlanan bu məhsullar üzərində daha çox arxaik ornamentlərdən istifadə olunur.
“ABAD” ailəsinin üzvü olan bu sənətkarımız artıq ona göstərilən hərtərəfli dəstək çərçivəsində daha məhsuldar işləyərək, qədim mədəniyyətimizin araşdırılmasında və gələcək nəsillərə ötürülməsində mühüm işlərə imza atacağını söyləyir.
Onun eskizləri əsasında toxunmuş nəfis Azərbaycan xalçaları, digər kiçik suvenirlər isə artıq “ABAD” sənətkarlıq mərkəzlərində satışdadır.