× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Kəmalə Umaxanova | Region: Balakən | Xalçaçılıq
Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova Kəmalə Umaxanova

Kəmalə Umaxanova Balakən rayonu sakinidir. İlk ali təhsilini Moskva İqtisad Universitetində alandan sonra doğma rayonuna dönərək mühasib kimi işləyib, daha sonra ixtisara düşərkən bir müddət digər müəssələrdə iş axtarıb. Lakin regionda fəaliyyət istiqamətinə uyğun iş tapmayarkən, Azərbaycan Müəllimlər İnstitutunun ixtisas artırma kurslarını bitirərək kənd məktəbində tarix muəlliməsi kimi fəaliyyətə başlayıb:

“Valideyinlərim bizi hərtərəfli böyüdüb, hər zaman bir çox iş bacara bilsəniz, həyatda uduzmazsınız kimi məsləhətlər görüblər. Həm musiqi təhsilim var, həm də rəssam kimi də çalışa bilərəm. Kənd məktəbində iş saatları da çox olmadığından hər zaman ailəmin gəlirini artırmaqdan ötrü gözdə-qulaqda idim”.

2017-ci ildə “ABAD”, UNDP və Avropa İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi start verdi.  Qeyd edilmiş regiondan 44 ailə seçilərkən 66%-i əl işlərinin hazırlanmasına, 34%-i isə ərzaq məhsullarının istehsalına cəlb olundu.

Seçilən ailələrə və "ABAD" əməkdaşlarına bilik və bacarıqların artırılması ilə bağlı 13 təlim keçirildi. Təlimlərin nəticəsində iştirakçılar kiçik və orta biznesin inkişafı, məhsulların sertifikatlaşdırılması və monitorinqi, qablaşdırma və logistika, brendinq və satış, kiçik və orta ölçülü biznes üzrə beynəlxalq ticarət, beynəlxalq kommunikasiya, korrupsiyaya qarşı mübarizə, dürüstlük və gender bərabərliyi məsələlərinə dair biliklərə yiyələndilər.

Bazar tələbatına uyğun məhsullar istehsal edə bilmələri üçün kiçik ölçülü avadanlıqlar və istehsal qurğuları ilə təmin etmək məqsədilə layihə çərçivəsində seçilmiş ailələr avadanlıqlarla təchiz olundu.

Kəmalə Umaxanova da seçilmiş iştirakçılar sırasına daxil oldu. Təlimləri xalçaçılıq istiqamətində seçdi və layihə çərçivəsində dəzgah və saplara sahibləndi. Artıq o, suvenir ölçüsündə peşəkarlıqla xalçalar toxuyur:

“ABAD”la müqavilə bağlayandan sonra yalnız xalçalar deyil, milli suvenirlər də hazırlayıb təhvil verməyə başladım. İşlərimi daha da püxlətəşdirməyə doğru gedirəm. Hətta xalçaçılıq üzrə artıq tələbələrim də var”.

Qeyd edək ki, “ABAD”, UNDP və Aİ-nin birgə “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi çərçivəsində 44 “ABAD”çının məhsulları “ABAD” etno-butik və bakaleyalarında satışa çıxarılır. 

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar