× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Mirvari Əzizova | Region: Balakən | Xalçaçılıq
Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova Mirvari Əzizova

Balakən rayonu Hənifə kəndi Mirvari Əzizova – “ABAD”çıdır. O, “ABAD”ın Balakəndə regional mərkəzi fəaliyyətə start verərkən müraciət etmiş ilk vətəndaşlardandı. 

“Kooperasiya texnikumunun məzunuyam, lakin uşaq yaşlarımdan marağım dərziliyə və toxumağa olub. Təhsilimi bitirdikdən sonra da elə məhz bu işlə məşqul olmuşam. Paltar, corab toxumağa, paltar tikməyə sifarişlər götürmüşəm. Ali istəyim isə xalça toxumağı öyrənmək idi”.

“ABAD”a müraciəti zamanı bu istəyini bildirən Mirvari Əzizovaya “ABAD”, UNDP və Aİ-nin birgə layihəsi haqqında bəhs etdilər:

“Məni xalça toxumaq üçün təlimlərə dəvət etdilər. Məmnuniyyətlə təlimlərə qoşuldum. Xalça toxumağı öyrəndim. Bundan başqa sahibkalıqla bağlı bir çox təlimlərdə iştirak etdim”.

Layihənin ikinci mərhələsi olaraq Mirvari Əzizova bir qrup digər iştirakçılar ilə birgə xalça toxumaqla məşqul idi:

“Covid_19 pandemiyası ilə mübarizə üçün tətbiq edilən xüsusi karantin rejiminə görə qrupumuz ləvğ olundu. O vaxtdan artıq individual olaraq çalışıram. Gələcəkdə istərdim ki dərzi, toxuculuq və xalça emalatxanası açım. Bacarıqlı xanımları da yığım başıma. Bacarıqlı evdar xanımlar çoxdu ətrafımda, onların qazancını təmin etmək istərdim olmağını çox.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar