× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Məlahət Alvasova | Region: Balakən | Xalçaçılıq
Məlahət Alvasova

 Məlahət Alvasova Qərbi Azərbaycanın Ağbaba mahalında anadan olub. Daha sonra Balakən rayonunun Hənifə kəndində məskunlaşmaq məcburiyyətində qalıblar:

“Uşaqlığım Hənifə kəndi kimi gözəl diyarda kecib. Təhsilimi isə Rusiyanın Voronej vilayətində almışam, 1988- ci ildə kəndimizə dönüb ailə həyatı qurmuşam, 3 övladım var”.

Məlahət Alvasova toxucudur. Bu sənəti anasından öyrənib. Onun dediyinə görə, toxuculuq sənətinə sevgi anasından qalan ən gözəl hədiyyədir, mirasdır. Bu sənəti Məlahət xanım öz qız övladlarına da sevdirib:

“Toxumağı uşaqlıqdan bilib sevsəm də, ən böyük arzum xalça toxumağı bacarmaq idi. Xalça toxumağı o qədər arzulayırdım ki, bəzən xəyallarımda, yuxularımda da xalça toxuyurdum. Mənim xəyallarımı gerçəkləşdirən isə “ABAD” oldu”.

Balakən “ABAD” regional mərkəz fəaliyyətə başlarkən M. Alvasova müraciət edərək özünü toxucu kimi təqdim etdi. Bundan başqa xalçaçılıqla məşqul olmaq istəyini də qeyd etdi. Bu zaman “ABAD”, UNDP və Avropa İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi start verdi.  Qeyd edilmiş regiondan 44 ailə seçilərkən içərisindən 12 məcburi köçkün ailəsinə yardım göstərmək qərarına gəlindi.  Məlahət Alvasova o 12 iştirakçı arasına daxil edildi:

“Məni lazimi avadanlıqla təmin etdilər. Artıq gözəl xalçalar toxuya bilirəm. Satışlarım da gedir. Planlarımda isə xalçaşılıq sənətinin qorunub saxlanılması üçün bir platforma yaratmaqdır.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar