ABADçı: Leyla Bayramova | Region: Balakən | Xalçaçılıq
“ABAD”çı sayına görə “rekordçu” kənd hesab
olunan Hənifə kəndinin daha bir “ABAD”çı-sənətkarı Leyla Bayramovadır. O da
xalçaçıdır. “ABAD”çı Məlahət Alvasovanın tələbəsidir:
“Ailə üzvlərimin hamısı kənd təsərrüfatı ilə
məşquldur – fındıqçılıq, maldarlıq və s. Mədəniyyət işçisi bir tək mən hesab
olunuram. Hazırda Balakən rayon Mədəniyyət Mərkəzinin Hənifə kənd klub
filialında Mədəni təşkilatçı vəzifəsində çalışıram”.
2017-ci ildə “ABAD”, UNDP və Avropa İttifaqının birgə olan “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi start verdi. Seçilmiş 44 iştirakçıdan biri həmçinin Leyla Bayramova oldu. Layihə çərçivəsində ona təhvil verilən dəzgahlarda təlim alaraq xolça toxumağı öyrəndi:
“Gələcəklə bağlı planlarım çox genişdi.İlk növbədə istərdim ki, regionuьuzda xalçaçılığın liderləri elə biz olar, bu i.i daha da genişləndirək. Hədəflərimiz çoxdu. “ABAD"ın köməkliyi ilə irəli gedəcəyik”.