ABADçı: Nübar Şahbazova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Rəssam olmağı qarşısına məqsəd qoyan Nübar xanım keramist-rəssam ixtisası üzrə təhsil alıb.
Tələbəlik illərində o, bu sənətin sirlərini, incəliklərini dərindən öyrənib və hazırladığı əl işləri ilə müxtəlif sərgilərə qatılıb.
Universiteti bitirdikdən sonra Nübar xanım bir çox sahələrdə öz bacarıqlarını təkmilləşdirir. O, isti batika, keramika rəssamlığı üzrə cürbəcür sənət nümunələrini uğurla hazırlayır.
Nübar xanımın ən çox maraq göstərdiyi sahələrdən biri də müəllifinin özü olduğu gəlinciklərin hazırlanmasıdır.
Xarici görkəmi, üz cizgiləri və geyimləri şəxsən Nübar xanıma məxsus olan bu gəlinciklər insanlar tərəfindən böyük maraqla qarşılanır. Hazırlanmasında metal konstruksiya və gil, kağız, karton, parça və boya kimi materiallar istifadə edilən bu əl işləri Nübar xanıma çox uğur gətirir.
Nəfis əl işləri həm yerli vətəndaşlar, həm də əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanır.
Zərif əl işlərinin satışının təşkili məqsədilə “ABAD”a müraciət edən sənətkarın əl işləri bu gün “ABAD” sənətkarlıq mərkəzlərində sərgi-satışa çıxarılıb.