ABADçı: Afaq Bayramova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Təhsil aldığı dövrdə Afaq xanım dekorativ-tətbiqi xalq sənətkarlığının xalçaçılıq, dulusçuluq kimi sahələrinin sirlərini dərindən öyrənir.
Universiteti bitirdikdən sonra o, kətan parçalar, gil, dəri, taxta, süngər kimi materiallardan istifadə edərək, milli üslubda müxtəlif kompozisiyalar hazırlayır.
Əsasən xalqımızın milli nağıl və dastanlarından götürülmüş fraqmentlər əsasında hazırlanan bu kompozisiyalar yekunda müxtəlif materiallarla çərçivələnir.
Afaq xanım öz əl işləri ilə bir çox sərgilərdə iştirak edib.
Qazandığı uğurların fonunda sənətkar, bu sahədən gəlir götürmək, öz ailə biznesini qurmaq niyyəti ilə “ABAD”a müraciət edib.
“ABAD” tərəfindən zəruri dəstək alan Afaq Bayramovanın əl işləri bu gün “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.