"ABAD" beneficiary: Saleh Məmmədov | Region: Ganja | Pottery and ceramics
Sevindirici haldır ki, bu gün də ölkəmizdə çini qabların hazırlanması ilə məşğul olan, tarixi ənənələri yaşadan sənətkarlarımız var.
Belə sənətkarlardan biri də Gəncə şəhərindən usta Saleh Məmmədovdur.
O, öz şəxsi emalatxanasında qırmızı gildən və saxsı kütləsindən istifadə etməklə, biri-birindən nəfis qablar hazırlayır və onları müxtəlif naxışlarla bəzəyir.
“Bədii keramika və şüşə” ixtisası üzrə təhsil alan Saleh usta qeyd edir:
“Atam rəssam olub və o, ömrünün böyük hissəsini İrəvan şəhərində keçirib. Sənətkar ailəsində dünyaya gəlməyim mənim də sənətkar kimi formalaşmağıma təsir göstərib”.
Hazırladığı əl işlərinin, sənət nümunələrinin daha geniş auditoriyaya tanıdılması, satışların təşkili məqsədilə Saleh Məmmədov “ABAD”a müraciət edib.
Bu gün o, məhsullarının satışının təşkili ilə bağlı “ABAD”ın dəstəyi sayəsində yaranmış boş vaxtını öz sevimli peşəsinə həsr edir və biri-birindən gözəl əl işləri hazırlayır.