× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Nərgiz Abbasova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Nərgiz Abbasova
“ABAD” tərəfindən dəstək göstərilən sənətkar ailələrindən biri də Bakı şəhəri sakinləri Abbasovlar ailəsidir. Ailənin nümayəndəsi Nərgiz Abbasova dekorativ-tətbiqi xalq sənətkarlığının bədii tikmə növü ilə məşğuldur.

O, 5 ildir ki, sənətkarlığın bu sahəsində çalışır və turistlər tərəfindən böyük maraqla qarşılanan milli kostyumlar hazırlayır.

Əl işlərində milli mədəniyyətimizi əks etdirən elementlərə diqqət ayıran sənətkar deyir ki, əvəllər bu sahədə böyük boşluqlar olub.

Azərbaycan xalqının tarixi geyim mədəniyyətini əks etdirən əl işlərinin yoxluğu onu bu işə daha da həvəsləndirib, bu sahəyə yenilik gətirmək üçün milli geyim suvenirləri hazırlamağa başlayıb.

Qarabağ, Gəncə-Qazax, Şirvan regionlarının milli geyimlərini hazırlamağa üstünlük verən sənətkarın “ABAD”a qoşulmaqda məqsədi satış və reklam işləri ilə bağlı dəstək almaqdır.

Əvvəllər hazırladığı əl işlərinin satışı və tanıdılmasında çətinliklərlə qarşılaşdığını söyləyən sənətkar “ABAD”ın dəstəyi sayəsində öz ailə biznesini genişləndirmək niyyətindədir.

Nərgiz Abbasovanın milli koloritli əl işləri “İçərişəhər”də, “ABAD” sənətkarlıq mərkəzində təqdim olunur.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar