"ABAD" PHŞ-in keyfiyyətə nəzarət mütəxəsisi Cahangir Əliyev 23 iyul-12 avqust 2019-cu il tarixlərində Çin Xalq Respublikasında keçirilən “İnkişafda olan ölkələr üçün kənd təsərrüfatı sahəsində Çin təcrübəsi” adlı seminarda iştirak edib.
Seminarın keçirlməsində məqsəd qarşılıqlı münasibətləri inkişaf etdirmək, ölkələrarası dostluğu dərinləşdirmək və inkişaf etməkdə olan ölkələr arasında kənd təsərrüfatı sahəsində mübadilə və əməkdaşlığı təşviq etmək üçün platformalar yaratmaqdır.
Sessiyada təqdimatlar və sahə gəzintisi yer alıb. Hökümət nümayəndələri və ekspertlər tərəfindən “Çinin ümumi icmalı”, “Çinin tərəqqisi və iqtisadi inkişafı”, “Çinin kənd təsərrüfatının inkişafında təcrübəsi”, “Kənd infrastrukturunun inkişafı”, “Çinin yaşıl kənd təsərrüfatının inkişafı strategiyası və beynəlxalq əməkdaşlıq” kimi mövzuları əhatə edən təqdimatlar edilib. Bundan əlavə, iştirakçılar ətraf ərazilərə baş çəkib, yerli hökumət nümayəndələri ilə kənd yerlərinin inkişafı ilə bağlı müzakirələr aparıblar və eyni zamanda gələcək əməkdaşlıq üçün imkanları dəyərləndiriblər.
Cahangir Əliyev, həmçinin "ABAD" və onun fəaliyyəti haqqında çıxışlar edib, Azərbaycanın kənd təsərrüfatı sahəsində təcrübəsi barədə məlumat verib.