Erasmus proqramının “Gənc valideyn, gənc sahibkar” layihəsi çərçivəsində Azərbaycan, İtaliya və Ukraynadan olan gənc valideynlər 5 sentyabrın tarixində “ABAD” PHŞ-in fəaliyyəti ilə yaxından tanış olublar.
Keçirilən infosessiyanın məqsədi Azərbaycanda gənclərə dəstək, ölkədə sahibkarlığa və gənc ailələrə yaradılan şərait haqqında İtaliya və Ukraynadan olan iştirakçıları məlumatlandırmaqdır. Görüş çərçivəsində iştirakçılara “ABAD” PHŞ-in yaradılması, fəaliyyət istiqamətləri, ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında rolu, həmçinin uğurları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, “Gənc valideyn, gənc sahibkar” layihəsi “European Council”ın Təshil proqramında iştrak edən Azərbaycan, İtaliya və Ukraynadan olan gənc ailələr üçün nəzərdə tutulub. Layihənin məqsədi gənc valideynlərin sahibkarlıq bacarıqlarının artırılması, onlara mikro, kiçik sahibkarlıq, xidmət və digər sahələrdə biliklərinin təkmilləşdirilməsidir. Təlimlər növbə ilə İtaliya, Ukrayna və Azərbaycanda keçirilib.