Rusiya, Ukrayna və Moldovanın xalq artisti Filipp Kirkorov iki
günlük konsert üçün Bakıya səfər edib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi qarşılanan sənətçi
“Duty Free” zonasında yerləşən “ABAD” etno-butiki ilə də tanış olub. Sənətçiyə “ABAD”
PHŞ-nin direktorunun müşaviri Sürayyə Ələsgərova təmsil etdiyi qurumun fəaliyyəti
haqqında ətraflı məlumat verib.
Görüş zamanı Kirkorov və övladlarına ABADçıların əl işləri
olan suvenirlər hədiyyə edilib. Sonda qonaq “ABAD”a və nümayəndələrinə uğurlar
arzu edib.