Noyabr ayının 4-ü Qazaxıstan Respublikasının Türkistan vilayətində
“Türkistan:
bir yol – bir tarix” Beynəlxalq
Turizm İnvestisiya Forumu start verib. Forumda “ABAD”ın nümayəndə heyəti Türkistan
vilayəti və “ABAD” PHŞ arasında imzalanan Niyyət protokolu çərçivəsində ABADçıların
əl işlərindən ibarət stend ilə çıxış ediblər.
Tədbir dəvələrin yürüşü, "İpək yolu" foto sərgisi və
Türküstan bölgəsinin turizm potensialının video təqdimatı ilə start verib. Forumun
tərkibində “Taiqazan” qastronomik festivalı və “Silk Road Craftsman 2019” türk
dövlətlərinin dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələrinin sərgisi
keçirilib. ABADçı-sənətkarlar sərgi çərçivəsində də öz məharətlərini göstərərək
master-klaslar keçirib.
Qeyd edək ki, “ABAD” PHŞ və Qazaxıstan Respublikasının
Türkistan vilayətinin icra hakimiyyəti arasında Niyyət protokolu 5 iyul 2019-cu
il tarixində Bakı şəhərində imzalanıb. Sənəd Azərbaycanın “ABAD” modeli əsasında
Qazaxıstan Respublikasının Türkistan vilayətində sənətkarlıq sahəsi üzrə mikro
və kiçik sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədini nəzərdə tutur.