Dekabrın 5-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iştirakı ilə Şamaxıda “ASAN Həyat”
kompleksinin və onun nəzdində fəaliyyət göstərən “ABAD Food Hall”-un açılışı baş
tutub.
Şamaxı “ABAD Food Hall” sayca
üçüncü sərgi salonudur. Burada ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə
hazırlanmış qıda məhsullarının sərgi-satışı təşkil ediləcək.
Qeyd edək ki, ilk “ABAD Food Hall” 2018-ci il 22 oktyabr tarixində İmişli rayonunda “ASAN Həyat” kompleksinin, ikincisi isə 2019-cu il oktyabrın 29-da Şəki "ASAN Həyat" kompleksinin nəzdində fəaliyyətə başlayıb.