Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Kürdəmirdə “ASAN Həyat” kompleksinin və onun nəzdində fəaliyyət göstərən “ABAD Food Hall”-un açılışı baş tutub.
Kürdəmir “ABAD Food Hall” sayca dördüncü sərgi-satış salonudur. Burada ABADçılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsullarının sərgi-satışı təşkil ediləcək.
Qeyd edək ki, ilk “ABAD Food Hall” 2018-ci il 22 oktyabr tarixində İmişli rayonu“ASAN Həyat” kompleksində, ikinci “food hall” həmin ili oktyabrın 29-da Şəki "ASAN Həyat" kompleksində, üçüncü isə 2019-cu ildə dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin nəzdində fəaliyyətə başlayıb.