“ASAN Könüllüləri” Təşkilatı və "Coca-Cola" Fondunun COVID-19 pandemiyası dövründə əhaliyə yardım və maarifləndirmə məqsədi ilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi çərçivəsində "ABAD" publik hüquqi şəxsin dəstəyi ilə ABADçı tərəfindən istehsal olunan 17500 antiseptik vasitə icmalara, o cümlədən könüllülərə, pandemiya dövründə vəzifə başında olan insanlara paylanılacaq və dövlət xidmətlərinin göstərildiyi məntəqələrdə və vətəndaşların toplaşdığı yerlərdə yerləşdiriləcək.
Antiseptik vasitələrin təqdim edilməsi məqsədilə təşkil olunan görüşdə layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı, “ABAD” publik hüquqi şəxs və "Coca-Cola" şirkətinin nümayəndələrinin iştirakı ilə təhvil-təslim prosesi baş tutub.
Görüşdə “ABAD” ilə əməkdaşlıqdan məmnunluq ifadə olunaraq virusa qarşı birgə mübarizənin önəmi vurğulanıb.