21 aprel 2017-ci il tarixində “ABAD” publik hüquqi şəxs və “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Ənənəvi-İncəsənət Mərkəzi “İçərişəhər”də “ABAD” sənətkarlıq mərkəzində əl işlərini satışa çıxarmış sənətkar ailələri üçün yeni dizaynlar və ideyalar təqdim edəcək.
Təqdim olunan dizaynlar Azərbaycan milli mədəniyyətinin müxtəlif sahələrini əhatə edəcək, hazırlanacaq əl işlərində Azərbaycanın tarixini, görməli yerlərini özündə əks etdirən səhnələr yer alacaq.
Qeyd edək ki, 18 mart 2017-ci il tarixdən etibarən “İçərişəhər” Dövlət-Tarixi Memarlıq Qoruğunun ərazisində “ABAD” sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.
İlkin mərhələdə “ABAD” sənətkarlıq mərkəzində 63 ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb.
Hazırda “ABAD” sənətkarlıq mərkəzi “İçərişəhər” qoruğuna səfər edən turistlərin ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilib.