"ABAD" Azərbaycan Dövlət Turizm Agentliyinin Qoruğları İdarəetmə Mərkəzi və “Atashgah Art Center”-ın birgə təşkilatçılığı ilə “Payızın Zəfəri” adlı sərgidə təmsil olunur.
Sərgi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçirilir.Sərgidə “ABAD”, “Gilabi”, “FR Collection”, “Zadagan”, “İpekyol” kimi Azərbaycan brendlərinin və daha 10 rəssamın Qarabağ kolleksiyaları və rəssamların zəfərlə bağlı əsərləri nümayiş olunur.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və rayon qurumlarının rəhbərləri, Qoruğları İdarəetmə Mərkəzinin rəhbəri və digər qonaqlar iştirak edib.Qeyd edək ki, sərgi noyabrın 5-dək davam edəcək.
Sərgi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçirilir.
Sərgidə “ABAD”, “Gilabi”, “FR Collection”, “Zadagan”, “İpekyol” kimi Azərbaycan brendlərinin və daha 10 rəssamın Qarabağ kolleksiyaları və rəssamların zəfərlə bağlı əsərləri nümayiş olunur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və rayon qurumlarının rəhbərləri, Qoruğları İdarəetmə Mərkəzinin rəhbəri və digər qonaqlar iştirak edib.
Qeyd edək ki, sərgi noyabrın 5-dək davam edəcək.