Sessiyalarda Dövlət Agentliyinin müvafiq sahələr üzrə ekspertləri qeyd olunan istiqamətlər üzrə geniş təqdimatlar ediblər. “Rəqəmsal platformalar vasitəsilə kiçik biznesə dövlət dəstəyi üzrə ən qabaqcıl təcrübə” adlı paneldə "ABAD" nümunəsini “ABAD” PHŞ-nın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Ləman Əhmədova təqdim edib. Bundan əlavə sessiyalarda İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, "CAREC" İnstitutunun və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının nümayəndələri də çıxış ediblər.
Sözügedən mövzuda müxtəlif sessiyaları əhatə edəcək növbəti vebinarın 17 noyabr 2021-ci il tarixində həyata keçirilməsi planlaşdırılır.