Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa Komissiyasının Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən və sosial sahibkarlığın inkişafına yönəlmiş “Start it Up, Keep it Up” layihəsi çərçivəsində həyata keçirilən “Beynəlxalq Sosial Sahibkarlıq” forumunun iştirakçıları noyabrın 17 “ABAD” İçərişəhər etnobutikinin qonaqları olub.
Qonaqlara “ABAD” publik hüquqi şəxsin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mikro, kiçik və orta sahibkarlığın və həmçinin ailə əməyinə əsaslanan təsərrüfatların inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.
Həmçinin bildirilib ki, “ABAD” bu günədək 499 sahibkara xidmət göstərib və onlardan 431-u hazırda “ABAD”çı kimi fəaliyyət göstərir.