“ASAN Peşə”
layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin
artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol
oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər
davam etdirilir.
Belə ki, noyabrın
30-u 2021-ci il tarixində İmişli “ASAN Həyat” kompleksində "ABAD" təlimçiləri
vasitəsi ilə 2019-2020-ci illər və 2020-2021-ci illər ərzində İT təlimlərində
iştirak etmiş 52 nəfərə müxtəlif dərəcəli sertifikatlar təqdim olunub.
İştirakçıları
sertifikatlarla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun
Salmanov, “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı, “ASAN
Könüllülük” Məktəbinin rəhbəri Cahangir Hacıyev və İmişli “ASAN Həyat”
kompleksinin direktoru Elvin Məmmədov təltif etdilər.