Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “Azərbaycanın bir pəncərə prinsipi ilə dövlət xidmətlərinin göstərilməsi və elektron idarəetmə üzrə qabaqcıl təcrübəsi” mövzusunda onlayn tədbir baş tutub.
Tədbirin əsas məqsədi Tacikistanın dövlət qurumlarının effektiv dövlət xidmətlərinin göstərilməsi haqqında məlumatlandırılması və müvafiq istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.Görüşdə həmçinin Azərbaycanda ailə biznesinə dəstək sahəsində “ABAD”ın rolu üzrə təqdimat keçirilib. Təqdimatı “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev aparıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub. Həmçinin bildirilib ki, “ABAD” bu günədək 500 sahibkara xidmət göstərib.
Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “Azərbaycanın bir pəncərə prinsipi ilə dövlət xidmətlərinin göstərilməsi və elektron idarəetmə üzrə qabaqcıl təcrübəsi” mövzusunda onlayn tədbir baş tutub.
Tədbirin əsas məqsədi Tacikistanın dövlət qurumlarının effektiv dövlət xidmətlərinin göstərilməsi haqqında məlumatlandırılması və müvafiq istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Görüşdə həmçinin Azərbaycanda ailə biznesinə dəstək sahəsində “ABAD”ın rolu üzrə təqdimat keçirilib. Təqdimatı “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev aparıb.