“ABAD” publik hüquqi şəxsin direktoru “Bakı Qida Hakatonu” nun münsiflər heyətinin üzvü olub
07.12.2021Hakaton
sağlam qidalanma vərdişlərinin təbliği, yerli qidaların istehlakına həvəsləndirmək
və Azərbaycanda qida ilə bağlı problemlər üçün innovativ həllər yaratmaq məqsədi
daşıyır.
Ümumilikdə 55 nəfər olmaqla 13 komandanın yarışdığı
hakatonda iştirakçılara dəstək üçün yerli və xarici təcrübəli mentorlar cəlb
olunub.
Qalibi aqrar xidmət və innovasiya sahəsində yüksək profilli
ekspertlər daxil olmaqla dəvət olunmuş münsiflər heyətinin üzvləri seçiblər.
Münsiflər sırasına “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev də qoşuldu.
Qeyd edək ki, hakatonda birinci yerə layiq görülən MDU-nun gənc
əməkdaşlarından ibarət Agrinova komandası 5000 avro qazanıb.