× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
"ABAD" “Smart Xanım” layihəsinə dəstək verəcək
07.12.2021
"ABAD" “Smart Xanım” layihəsinə dəstək verəcək

Regionda yaşayan və öz biznesini qurmaq yaxud genişləndirmək istəyən xanımlar yeni “Smart Xanım” layihəsinə qoşula bilər. Layihə Qax, Zaqatala, Balakən, Gəncə, Tovuz, Şəmkir, Lənkəran, Masallı, Biləsuvar rayonlarında həyata keçirilir.

Proqrama qoşularaq siz regionu tərk etmədən gələcəyin sahibkarı olmaq üçün fundamental baza biliklərə və ekspertlərə çıxış imkanı əldə edəcək, öz biznes ideyanızın real biznesə çevrilməsi üçün layihə üzərində real iş imkanı qazanacaqsınız. Proqramın sonunda qalib olan 3 ideyanın biznesə çevrilməsi üzrə dəstək təmin olunacaq.

Layihə 4 mərhələdən ibarətdir:

1. "Kəşf et" - Regionlarda 1 günlük canlı tədbir (tanışlıq və izah üçün)

2. "Öyrən" - İnkişaf proqramı (online təlimlər, mentorlarla görüş)

3. "Tətbiq et" - Layihə üzərində iş (ideyanın layihəyə çevrilməsi üçün mentorlarla onlayn və fiziki görüşlər)

4.  "Parla" - 3 günlük Bootcamp tədbiri (layihələr arasından dəstək üçün ən yaxşı 3 layihənin seçilməsi

İştirakçıları nələr gözləyir:

Layihəyə seçilən iştirakçılar yuxarı qeyd olunan mərhələlərdən keçəcəklər. Ümumilikdə, bu müddət ərzində onlayn təlimlər vasitəsilə sahibkar üçün lazım olan bilik və bacarıqlar mövzusunda məlumatlandırılacaq, biznes layihəsinin yazılması üçün mentor dəstəyi ediləcək, sonda ən uğurlu layihələrin həyata keçirilməsi üçün dəstək ediləcək və yaşadıqları regionlar üzrə biznes mühitə çıxış və şəbəkələşmə imkanı əldə edəcəklər.

Layihəyə kim qoşula bilər: 

·         18 yaşdan yuxarı öz işini qurmaq motivasiyası olan istənilən qadın

·         qeyd olunana rayonların birində yaşamaq

·         tək yaxud qrup halında öz regionunda biznes yaratmaq yaxud mövcud biznesini təkmilləşdirmək istəyi olmaq

Layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsas tərəfdaşlığı ilə "ABAD" publik hüquqi şəxsin, İnnovasiyalar Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Öz növbəmizdə "ABAD"çı-xanımlarımıza qoşulmağa dəvət edirik. 

Layihədə iştirak üçün qeydiyyat linki:

https://forms.gle/y27uWDmvQgAcRHGU8 

Əlaqə nömrəsi: +994 55 917 52 02; Email: smart.khanim2021@gmail.com

 Müraciət üçün son tarix  19 dekabr  2021-ci tarixidir. 

Instagram: https://instagram.com/smartnation.az?utm_medium=copy_link 

Facebook: https://www.facebook.com/smartnationaz-109658351541684/

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar