× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
"ABAD" məhsulları Yaponiyada satışa çıxarılacaq
14.12.2021
"ABAD" məhsulları Yaponiyada satışa çıxarılacaq
14 dekabr 2021-ci il tarixində “ABAD” publik hüquqi şəxsin Yaponiyanın “TET International Development” şirkəti ilə növbəti görüşü keçirilib. Sayca 5-ci olan bu görüşdə ”ABAD” PHŞ-nın direktoru Rüfət Elçiyev, TET International Development şirkətinin prezidenti Taro Savada, vitse prezidenti Namiq Ələsgərov və Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin məsləhətçisi Şəbnəm Nuriyeva iştirak edib.

Görüş zamanı iki qurum arasında bu ilin əvvəlindən başlayan əməkdaşlıq yüksək dəyərləndirilib və davamı üçün növbəti addımlar müzakirə edilib. Həmçinin 2022-ci ilin 22 iyun – 24 iyun tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutacaq “II Beynəlxalq qida sərgisi”ndə “ABAD” məhsullarının sərgilənəcəyi təsdiqlənib.

Qeyd edək ki, iki qurumun əməkdaşlığı çərçivəsində “ABAD”çıların məhsulları: ədviyyatlar, meyvə araqları və çiçək tozu Yaponiyaya ixrac olunub. Məhsullar və “ABAD”çılar haqqında ətraflı məlumatlar Azərbaycan mədəniyyəti və kulinariyasının Yaponiyada tanıdılması məqsədi ilə yaradılan https://azer-table.jp/ saytına yerləşdiriləcəkdir.
ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar