× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
"ABAD" publik hüquqi şəxsin 2021-ci il hesabatı
06.01.2022
"ABAD" publik hüquqi şəxsin 2021-ci il hesabatı

“ABAD” publik hüquqi şəxs 2021-ci il ərzində də öz fəaliyyətini uğurla davam etdirib. Ötən ildə 5 yaşını qeyd edən qurumdan dəstək alan “ABAD”çıların sayı 500-ü ötüb.

2021-ci il ərzində daha bir “ABAD Factory” İstehsalat Kompleksinin açılışı baş tutub. Sayca üçüncü olan Quba “ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı üzrə istiqamətlənib.

Müvafiq ildə mərkəzlərin də sayında artım olub. Belə ki, "PAŞA Holdinq"in dəstəyi ilə 12 yeni “ABAD” stendi açılaraq sayları 28-ə çatıb. Stendlərin yerləşdiyi marketlərin sayında da artım müşahidə olunur. Beləki, “Bravo” marketlər şəbəkəsi ilə bərabər, “ABAD” stendləri artıq “Grandmart”, “Bolmart”, Rahat”, “Bizim Market” və digər şəbəkələrdə də fəaliyyət göstərir.

Qida məhsullarının istehsalı sahəsində məhsulların çeşidi artıb. Tovuz “ABAD Factory” Bitkilərin Qurudulması və Emalı İstehsalat Kompleksində hazırlanan 7 növ “Fitolife” müalicəvi otlardan çaylar, “Narlı” brendi altında müxtəlif marinad və souslar, yeni növ ədviyyatlar, ləvəngilər, içkilər, yağ və pendirlər "ABAD" qida assortimentinə daxil edilib. 

Həmçinin 2021-ci ildə “ABAD” qida məhsullarının ixracı istiqaməində mühüm addımlar atılıb. Belə ki, “ABAD” məhsulları artıq Yaponiya və Qazaxıstanda təqdim olunur.

Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri də artıq yalnız 10 “ABAD” etno-butiklərin də deyil, həmçinin elektronika, məişət texnikası, mebel, tekstil və digər ev əşyalarının satışı üzrə ixtisaslaşmış Azərbaycanın ən böyük riteyl şəbəkəsi olan “Kontakt Home”da da fəaliyyətə başlayıb.

Şəki və Nardaran keramika və tətbiqi sənət mərkəzləri də öz fəaliyyətini uğurla davam etdirib. İl ərzində mərkəzlərdə xüsusi “YAŞAT” kolleksiyaları yaradılıb. Bu kolleksiyanın satışından əldə olunan gəlirin bir hissəsi “YAŞAT” Fonduna ianə edilir. Fond ilə bundan da başqa bir neçə istiqamətlər üzrə əməkdaşlıqlar qurulub. Onlardan biri şəhid ailələrinin üzvlərinin dekorativ-tətbiqi sənətə yiyələnib “ABAD”çı sıralarına qoşulmaqdır.

Müvafiq dövrdə "ABAD” publik hüquqi şəxsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi başa çatıb. 2017-2021-ci illəri əhatə edən layihənin nəticəsi olaraq 12 məcburi köçkün ailəsi olmaqla 44 yeni ailə təsərrüfatı formalaşıb, məhsulları satışa çıxarılıb.

İl ərzində bir çox xarici dövlətlər tərəfindən “ABAD”a olan maraq artıb. Özbəkistan, İsrail, Argentina, Tacikistan, Rusiya və s. ölkələrin rəsmi nümayəndələrinə “ABAD” təqdimatı keçirilib, əməkdaşlığa dair müzakirələr aparılıb.

 “ABAD”ın AQTA ilə olan layihələrinin növbəti mərhələləri baş tutdu. Məsələn, "Dönər biznesinin sağlamlaşdırılması" layihəsi çərçivəsində iki iaşə obyektinin fəaliyyətinə start verilib.

2021-ci il “ABAD” üçün həmçinin bir çox sərgi və yarmarkalarda iştirakı ilə yadda qalıb. Onlar arasında Zəfər gününə həsr olunmuş tədbirlər və s.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar