18 mart tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən “ABAD” etno-butikində xalqımızın ən qiymətli milli-mənəvi dəyərlərindən biri olan Novruz Bayramını, onun mənşəyi, tarixi və adətlərini özündə təcəssüm edən “Novruz ənənələri ABADda” adlı festivalı keçirilib.
“ABAD” publik hüquqi şəxs mikro, kiçik və orta sahibkarlığa dəstəyə köklənməkdən əlavə mədəniyyətə də öz töhfəsini verməkdə davam edir. Belə ki, festivalda milli bayramımızın ənənələri təbliğ edilib, eləcə də “ABAD”çıların Novruz mövzusunda məhsulları qonaqlara təqdim olunub.
18 mart tarixi də təsadüfi seçilməyib. Məhz bu tarixdə beş il öncə “ABAD”ın İçərişəhərdə yerləşən ilk etno-butiki fəaliyyətə başlayıb.
Bundan başqa festivalın qonaqları ənənəvi Novruz süfrəsinin yığılmağını seyr edərək, süfrəyə düzülən nemətlərin rəmzi mənası haqqında məlumatlar əldə ediblər. Xüsusi hazırlanmış zonalarda Novruz adətlərinə uyğun əyləncələr təqdim edilib:
* Novruz falları; * Hədiyyəli
yumurta döyüşü;
* Yumurta bəzədilməsi
master klassı; * Xınayaxdı;
* Xonça bəzəməsi master
klassı; * Milli fotosessiya; * Milli musiqi və s.