Azərbaycan Dövlət İqtisad Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinə “ABAD” publik hüquqi şəxsin təqdimatı keçirilib.
Tədbirdə “ABAD”ın əməkdaşları, Azərbaycan Sahibkarlar
Konfederasiyasının (ASK) nümayəndəsi və 4-cü kurs iqtisadiyyat yönümlü təhsil
alan tələbələr iştirak edib.
Maraqlı və ətraflı təqdimatla yanaşı, tələbələrin sualları
cavablandırılıb, müzakirələr aparılıb.
Görüşdə vurğulanıb
ki, “ABAD”ın mərkəzlərində, istehsalat komplekslərində, məktəbləri və
satış məntəqələrində istehsalat təcrübəsini keçmək mümkündür.
Bundan başqa, “ABAD” çərçivəsində sahibkarlıqla məşqul olmaq
istəyən tələbələrə, “ABAD”çı olmaq təklifi irəli sürülüb.
“ABAD”ın nümayəndələri ASK və yerli ali təhsil ocaqları ilə əməkdaşlığın
gələcəkdə də davam etdiriləcəyini, daha böyük miqyaslı birgə layihələrin
planlaşdırıldığını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD”
publik hüquqi şəxs Prezident İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı
ilə yaradılıb. Ölkəmizin sosial-iqtisadi inkişafında kiçik və orta
sahibkarlığın fəaliyyətinə, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli
ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməklə sosialyönümlü layihələr
həyata keçirən “ABAD” PHŞ (Ailə Biznesinə Asan Dəstək) dekorativ-tətbiqi xalq sənətkarlığı
və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə
dəstək layihələri həyata keçirilir.