8 may 2022-ci il Bakıda "THE MAY FAIR by İZ" - Azərbaycanın qadın sahibkarlarının müəllif məhsullarının yarmarkası baş tutub. “ABAD” publik hüquqi şəxs yarmarkanın tərəfdaşlarından biri kimi çıxış edib.
Yarmarkada 100-dən çox qadın sahibkar iştirak edib, onlar arasında “ABAD”çı-sənətkarlar və həmçinin “ABAD”ın dəstək verdiyi “Narlı” brendinin təsisçiləri məhsulun daddırması ilə qonaqların sevindirib.
“Narlı” brendinin müxtəlif sous (narşərab, karri sousu, fitosous və s.) və ballı-badamlı məzələri böyük marağa səbəb olub. Yarmarkada keçirilən lotereyanın qaliblərinə xüsusi tərəfdaş olan “ABAD”dan müxtəlif hədiyyələr də təqdim edilib.
Bundan başqa yarmarkada əl istehsalı məhsullar, o cümlədən gəlinciklər, oyuncaqlar, zərgərlik məmulatları, sabunlar, şamlar, məişət əşyaları, trikotaj məmulatları və s. sərgilənib.
Qeyd edək ki, “İZ - İnamlı və Zərif” qadın icmasının sayca beçinci olan yarmarkası Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının dəstəyi ilə təşkil olunub.