14 may
2022-ci il tarixində “ABAD” publik hüquqi şəxs Azərbaycanda ilk Feminar
"Aurana Güvən" layihəsinin tərəfdaşlarından biri kimi çıxış edib.
Qadınları
ilhamlandırmaq məqsədi ilə onlara xitab edən dörd fərqli panel bir layihədə cəmləndi.
İş qadını olmaq, sağlamlıq, analıq və gözəllik mövzularında yerli və türkiyəli
spikerlər qadınlara "Yeni mən" yaratmağın sirlərini açıb, öz tövsiyələrini
verdilər. Gün boyu davam edən tədbirdə “ABAD”çı və digər sahibkar qadınlara dəstək
üçün xüsusi guşələr də yaradılmışdı.
Burada “ABAD”ın
milli suvenirlərindən ibarət xüsusi stend, “ABAD”çı Tutu Hüseynovadan vitraj master-klassları,
“ABAD”ın dəstək verdiyi “Narlı” və “SM Fresh Oil” brendlərinin təsisçiləri
Xalidə Həsənova və Maya Səbzəliyeva tərəfindən məhsullarının daddırmaları böyük
rəğbət qazandı.
Qeyd edək
ki, hazırda “ABAD” publik hüquqi şəxsin dəstək proqramından faydalanan 515
“ABAD”çıdan 284-ü qadın-sahibkardır.