× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
"ABAD" "Balık ekmek" festivalına tərəfdaşlıq edib
18.05.2022
"ABAD" "Balık ekmek" festivalına tərəfdaşlıq edib

18 may 2022-ci il tarixində Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Bakı EXPO Mərkəzinin qarşısında Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən “Balık ekmek” balıq məhsulları festivalı təşkil olunub. “ABAD” publik hüquqi şəxs bu festivalın tərəfdaşlarından biri kimi çıxış edib.

Festival ilə əlaqədar Türkiyədə akvakultura şəraitində balıq təsərrüfatlarında yetişdirilən 2 ton həcmində balıq məhsulları (dəniz çapaqı, dəniz xanısı, forel, qızılbalıq) Azərbaycana gətirilərək festival zamanı ziyarətçilərə ödənişsiz əsaslarla bişirilərək paylanılıb. Balıq məhsullarının hazırlanması “ABAD”ın təqdim etdiyi təkərli qoşqularda (food truck) təmin edilib.

Qeyd edək ki, "Balık ekmek" festivalına gələn qonaqlara təamlar beş “food truck” vasitəsi ilə təqdim olunub.

 

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar