28 may 2022-ci il tarixində 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı çərçivəsində mərkəzin 1-ci mərtəbəsində “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 11-ci etno-butikinin açılışı baş tutdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.
Bildirildi ki, digər etno-butiklərdə olduğu kimi, burada da sənətkar “ABAD”çıların əl əməyinin nəticəsi olan dekorativ-tətbiqi xalq sənətkarlığı nümunələrinin daimi sərgi-satışı, həmçinin “ABAD”ın dəstək göstərdiyi ailə təsərrüfatlarının qida brendlərinin satışı həyata keçiriləcəkdir.
Daha sonra Azərbaycan və Türkiyə prezidentlərinə “ABAD”çıların əl işi olan xatirə hədiyyələri təqdim olundu.
Qeyd edək ki, bu mərkəzlə birgə paytaxtda 7, regionlarda isə 6 etno-butik fəaliyyət göstərir:
- “ABAD” etno-butiki İçərişəhər filialı;
- “ABAD” etno-butiki “Fairmont” filialı;
- “ABAD” etno-butiki “Duty Free” filialı;
- “ABAD” etno-butiki 3 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;
- “ABAD” etno-butiki 7 saylı Bakı “ASAN xidmət” mərkəzi filialı;
- “ABAD” etno-butiki Bakı Dəmiryolu Vağzalı filialı;
- “ABAD” etno-butiki Milli Gimnastika Arenası filialı (yalnız beynəlxalq yarışlar zamanı);
- “ABAD” etno-butiki Dəmirçi kəndi filialı;
- “ABAD” etno-butiki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi filialı;
- “ABAD” etno-butiki Şəki Keramika və Tətbiqi Sənət mərkəzi filialı ;
- “ABAD” etno-butiki Masallı “ASAN Həyat” kompleksi filialı.
Bundan başqa, yeni fəaliyyətə başlayacaq mərkəzin həyətində "Good Food by ABAD" təkərli qoşquda (food truck) müxtəlif təamlar təqdim olunacaq.