Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzində Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi
01.06.20221 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə,
Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə
təşkilatçılığı “Uşaqlar Gülsün Deyə” adlı uşaq festivalı keçirildi. Festival Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran Mədəniyyət Mərkəzi və "ABAD" Keramika və Tətbiqi Sənət mərkəzlərinin qarşısında keçirilb.
Festival çərçivəsində Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzinin sənətkarları
uşaqlar üçün dulusçuluq, keramika və rəngkarlıq üzrə master klasslar keçirib.
Bundan başqa mərkəzdə “Açıq gün” keçirildi, burada hazırlanan əl işlərinin səyyar
satışı baş tutdu.
Qeyd edək ki, Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi
"TİKA" və "PAŞA Holding"in dəstəyi ilə 2018-2019-cu illərdə
inşa edilərək istifadəyə verilib. Mərkəzin məqsədi ölkəmizin tarixi keramika ənənələrinin
qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli
Azərbaycan gilinin dünyada tanıdılmasıdır.