6 iyun 2022-ci il tarixində “Paşa Holding”in dəstəyi ilə yenicə restavrasiya edilmiş Şərq Bazarında “ABAD”ın sayca 12-ci etno-butikinin açılışı baş tutdu.
Açılış zamanı ölkə prezidenti və birinci xanım "ABAD"ın fəaliyyətə başlayacaq olan yeni etno-butikini ziyarət edərək "ABAD" məhsulları ilə yaxından tanış oldular.
Şərq bazarı 1982-ci ildən paytaxtın simvollarından biri
sayılaraq, ölkənin tarixi abidələri siyahısına daxil edilib. Kompleksin təşkili
qapalı şərq bazarlarının ənənəvi prinsiplərinə, daxili həyət ideyasına, səciyyəvi
şərq günbəzlərinə və ornamentlərinə əsaslanırdı.
2008-ci ildən isə kompleks fəaliyyət üçün yararsız hala gəldi. Lakin, 2018-ci ildə “PMD Projects” qrupu binanın yenidən qurulması işlərinə
start verildi.
Beləliklə, "Şərq Bazarı" yenidən öz qapılarını memarlığı, ənənəvi dekorativ-tətbiqi sənəti, bədii sənətkarlığı və şərq mətbəxini sevənlərin üzünə açdı. Bu səbəbdən dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğ və inkişafına töhfə verən qurum kimi “ABAD”ın etno-butikinin burada fəaliyyət göstərməsi məqsədəmüvafiq hesab edilib. Bununla da, mövcud və gələcəkdə layihəyə daxil olacaq yüzlərlə sənətkar-“ABAD”çının burada, turizm baxımından cəlbedici olan bazarda, məhsulları satışa çıxarılacaq.